AZ

"Fənərbaxça" vacib 3 xalı 3 qolla qazandı - VİDEO


Türkiyə Super Liqasının 19-cu həftəsində "Konyaspor"un qonağı olan "Fənərbaxça" 25-ci saniyədə 1-0 geri düşdüyü matçda rəqibini 3-2 məğlub edib.

Bakupost.az xəbər verir ki, Joze Mourinyo və komandasına qələbə gətirən qolları, 14-cü dəqiqədə Mert Müldür, 25-ci dəqiqədə Çağlar Söyüncü, 60-cı dəqiqədə isə Duşan Tadiç vurub.

Rəcəb Uçarın idarə etdiyi Anadolu komandasının qollarını 1-ci dəqiqədə Pedrinyo, 44-cü dəqiqədə Blaz Kramer vurub.

Bu hesabla "Fənərbaxça" xallarını 42-yə yüksəldib."Konyaspor" isə 20 xalda qalıb.


Seçilən
12
bakupost.az

1Mənbələr