AZ

“Türkiyənin nüfuzu ABŞ-ı daha diqqətli olmağa sövq edəcək”

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Suriya toplantısında mühüm qiymətləndirmələr edib. Görüşdə Suriyada keçid hökumətinin xarici işlər naziri Əhməd əl-Şeybaninin iştirakını “dönüş nöqtəsi” kimi xarakterizə edən Fidan terrorla mübarizə ilə bağlı mesajlar verib.

Hafta.az-ın yazdığına görə, Suriyanın ərazi bütövlüyünə vurğu edən Fidan, "Əgər SDG mərkəzi hökumətlə inteqrasiya səylərində səmimidirsə, özünü buraxdığını elan etməlidir. Türkiyə olaraq Suriya xalqının qarşısındakı çətin yolu asanlaşdırmaq üçün üzərimizə düşəni etməyə hazırıq” deyib.

Fidanın açıqlamalarını Hacı Bayram Vəli Universitetinin professoru və Beynəlxalq Əlaqələr üzrə ekspert Kadir Ertaç Çelik şərh edib.

Çıxışına Fidanın açıqlamalarının Türkiyənin təhlükəsizlik və regional siyasətlə bağlı mövqeyinin açıq ifadəsi olduğunu bildirməklə başlayan Çelik, “Cənab Hakan Fidanın açıqlamaları Türkiyənin təhlükəsizlik siyasətinin və regional siyasətinin açıq ifadəsi kimi qiymətləndirilə bilər. Türkiyə terrorla mübarizədə güzəştə getmədən bölgədəki bütün terror təşkilatları ilə mübarizə aparacağını hər platformada bildirir və bunu meydanda tətbiq edir" deyib.

Bu münasibətin beynəlxalq ictimaiyyətdə necə əks-səda doğuracağına toxunan Çelik qeyd edib ki, ona görə də Türkiyənin siyasi və hərbi varlığı bölgədə terrorla mübarizədə əlini gücləndirir və yeni dövrdə Suriyada təsirli olacaq.

Çelik, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin nüfuzuna da diqqət çəkərək, "Bəşər Əsəddən sonra Türkiyənin Suriya geosiyasətinə təsiri ABŞ kimi gücləri Türkiyənin tezisləri ilə bağlı daha diqqətli olmağa sövq edəcək" deyib.

Seçilən
9
hafta.az

1Mənbələr