Rusiyalı 9 yaşlı Roman Şoqciyev şahmat üzrə dünya rekordu müəyyənləşdirib.
Publika.az xəbər verir ki, Şoqciyev 9 yaş, 10 ay və 7 gündə beynəlxalq usta xalı qazanan ən gənc şahmatçı oldu. O, argentinalı Faustino Or-nun rekordunu bir ay qabaqlayıb.
Roman həm də 10 yaşı tamam olmamışdan əvvəl Elo reytinqində 2300 xalı ötmüş ən yaxşı 3 şahmatçıdan biri olub.