Baltik dənizində İsveç, Litva, Almaniya və Finlandiyanı birləşdirən daha bir sualtı kabelin zədələndiyi məlum olub...
Poliqon xəbər verir ki, bu barədə yerli televiziya şirkəti SVT kanalına İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin bildirib.
Krallığın müdafiə departamenti hadisəni hadisə baş verdiyi zaman sahildən 160 km aralıda lövbər salmış Çin gəmisi ilə əlaqələndirir. İlkin araşdırmanın nəticələrinə görə, gəmi heyətinin hərəkətləri qəsdən olub və Stokholmun fikrincə, kapitanın Rusiya ilə əlaqələri ola bilər.
Xatırladaq ki, bu, Baltikyanı regionda sualtı kommunikasiyaların zədələnməsi ilə bağlı ilk hadisə deyil. 26 dekabr 2024-cü ildə Finlandiya Sərhəd Mühafizəsi Kuk adalarının bayrağı altında üzən Eagle S gəmisini saxlayıb, Helsinkiyə görə, gəmi Estoniya ilə Finlandiya arasındakı EstLink 2 kabelini lövbəri ilə zədələmiş ola bilər. Hadisənin ağır hücum kimi qiymətləndirilməsi aparılır.
Finlandiyanın “Yle” telekanalının məlumatına görə, NATO Baltik dənizində sualtı kabelləri qorumaq üçün 10 gəmi göndərəcək.
Poliqon.info