AZ

Çin "TikTok"u İlon Maska sata bilər

Ajans.azxəbər verir ki,  bu barədə "Bloomberg News" nəşri məlumat dərc edib.

Məlumata görə, "TikTok"un ABŞ-dəki əməliyyatları ya rəqabətli bir proses, ya da hökumətin tənzimləməsi ilə satıla bilər. Bu, tətbiqin gələcəyinin artıq tamamilə "ByteDance"in nəzarəti altında olmadığını göstərir.

"Bloomberg"də yer alan bir ssenariyə görə, Maskın sosial media platforması "X" "TikTok"un ABŞ əməliyyatlarına nəzarət edəcək və biznesi birgə idarə edəcək. Bununla belə, xəbərlərdə qeyd olunduğu kimi, hakimiyyət hansı addımların atılacağı ilə bağlı hələlik konsensusa gəlməyib.

"TikTok" sözçüsü, xəbərlə bağlı fikrini soruşduqda isə "Tamamilə mümkün bir məsələ ilə bağlı şərh verə bilmərəm", - deyə cavab verib. 

Seçilən
0
2
Ajans.az

4Mənbələr