AZ

Nijnekamsk aeroportunda dron hücumu ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib

Rusiyanın Nijnekamsk hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl oxşar məhdudiyyətlər Kazan, Saratov, Penza və Ulyanovsk hava limanlarında tətbiq edilmişdi.

KİV-in məlumatına görə, məhdudiyyətlərin tətbiqi dron hücumu ilə əlaqədardır.

Seçilən
1
5
azpolitika.info

7Mənbələr