Husilər son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumu həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.
Onun sözlərinə görə, Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasına hipersəs ballistik raketlə hücum edilib:
“Yəmən silahlı qüvvələrinin raket bölmələri Fələstin-2 hipersəs ballistik raketi ilə Yaffa bölgəsində İsrailin Müdafiə Nazirliyinə hücum həyata keçirilib. Raket hədəfinə çatıb”.