AZ

Mariya Zaxarova Baydeni təxribatçı adlandırdı

ABŞ prezidenti Bayden xarici siyasətlə bağlı son çıxışında rəhbərlik etdiyi administrasiyanın Ukraynadakı münaqişəni qızışdırdığını etiraf edib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Teleqram” kanalında yazıb. Diplomat bunu təxribat adlandırıb: “Baydenin bəyanatı təxribatın etirafıdır. Bayden administrasiyası dünyanı uçuruma doğru itələdiyini bilirdi və yenə də münaqişəni qızışdırırdı”. Bayden yanvarın 13-də çıxışı zamanı etiraf edib ki, ABŞ-nin Ukraynaya yardımı Rusiya ilə nüvə qarşıdurmasının yaranması riski ilə müşayiət olunur. Onun fikrincə, Vaşinqton qlobal hökmranlıq uğrunda mübarizədə liderliyini gücləndirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr