Olaylar.az-ın xarici mətbuata istinadən məlumatına görə, Los-Ancelesdəki yanğınlar və Qəzza zolağının xəritəsi arasındakı oxşarlıq sosial media istifadəçilərinin diqqətini çəkib.
Qeyd edək ki, ABŞ-nin Kaliforniya ştatına bağlı Los-Anceles şəhəri ölkə tarixinin gördüyü ən dağıdıcı yanğınlarla mübarizə etməyə davam edir. Bölgədə həyatını itirənlərin sayı 24-ə yüksəlib.
Yanğınların 6-cı günündə küləyin sürətlənməsi ilə alovlar yenidən məskunlaşma sahələrini təhdid etməyə başlayıb. Yanğınlarda 10 mindən çox bina zərər görüb və ya tamamilə istifadə oluna bilməz hala gəlib. Təxminən 150 min nəfər üçün təxliyə əmri verilib və təxliyə olunan 700-dən çox bölgə sakini sığınacaqlara yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31