AZ

Almaniyada dabaq xəstəliyi panikası: Canlı heyvanların daşınmasına qadağa uzadıldı

Almaniyada dabaq xəstəliyi panikası: Canlı heyvanların daşınmasına qadağa uzadıldı

Almaniyanın Brandenburq əyalətində dabaq xəstəliyinin ortaya çıxmasından sonra davam edən qeyri-müəyyənlik səbəbindən diri heyvanların daşınmasına qoyulan qadağa daha 48 saat uzadılıb.Brandenburq Kənd Təsərrüfatı Nazirliyi açıqlamasında bildirib ki, dabaq xəstəliyinin daha da yayılmasının qarşısını almaq üçün heyvanların və onların məhsullarının bir yerdən başqa yerə daşınması müvəqqəti olaraq qadağan edilib.Açıqlamaya görə, bununla bağlı verilən və müddəti bu gecə başa çatmalı olan fərmanın yanvarın 15-dək uzadıldığı və epidemiya ilə bağlı vəziyyəti qiymətləndirmək üçün lazım olan bütün test nəticələrinin əldə edilməsi üçün bu müddətin zəruri olduğu bildirilib.Açıqlamada deyilir ki, indiyədək heç bir yeni hal qeydə alınmayıb.Digər tərəfdən, Almaniyanın DPA Xəbər Agentliyi Brandenburq Kənd Təsərrüfatı Nazirliyinin sözçüsünə istinadən xəbər verib ki, Brandenburq əyalətinin Şöneiche şəhərindəki bir fermada 55 keçi və qoyun, həmçinin 3 iribuynuzlu heyvan müdafiə tədbirlərinin bir hissəsi kimi bu gün məhv ediləcək.Xəbərdə sözügedən fermanın camışlarda dabaq xəstəliyi aşkarlandığı fermadan ot aldığı vurğulanıb.Alman Fermerlər Assosiasiyasının prezidenti Yoahim Rukvid də fermerlərin mövcud vəziyyətdən narahat olduğunu bildirib və epidemiyaya nəzarət etmək üçün hər cür səy göstərilməyə çağırıb.Qeyd edək ki, paytaxt Berlin yaxınlığındakı Brandenburq əyalətinin Markiş-Oderland bölgəsindəki Hönow qəsəbəsində götürülən camış nümunələrində dabaq xəstəliyi virusu aşkar edilib.Ehtiyat tədbiri olaraq camışların saxlandığı fermanın yaxınlığındakı donuzlar və dırnaqlı heyvanlar məhv edilib, Berlin də daxil olmaqla bölgədəki zooparklar və heyvan parkları bağlanıb.

Seçilən
8
afn.az

1Mənbələr