Olaylar.az xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 14-də hava hərəkətinin idarəolunması orqanları Nijnekamsk ("Beqişevo") aeroportuna müvəqqəti məhdudiyyətlər tətbiq edib. Aeroport 08.30-dan (Bakı vaxtı ilə 09.30) etibarən müvəqqəti olaraq aviareysləri qəbul etmir və göndərmir",- deyə məlumatda deyilir.
Bundan əvvəl "Rosaviasiya" Rusiyanın bir sıra şəhərlərində, o cümlədən, Kazan aeroportunda oxşar məhdudiyyətlər tətbiq etmişdi. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31