Braziliya prezidenti Luiz İnasio Lula da Silva konqres tərəfindən ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib.Qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq.Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun tamamilə zəruri olduğunu və oxşar təcrübələrin başqa ölkələrdə də həyata keçirildiyini bildirib.Lula da Silva vəzifəyə gəldiyi gündən bəri keçirdiyi görüşlərdə nazirləri və digər rəsmiləri telefondan istifadə etməmələri ilə bağlı xəbərdar etdiyini bildirib və cib telefonlarının diqqəti yayındırdığını vurğulayıb.Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.Qeyd edək ki, uşaq və gənclərin sağlamlığına və öyrənməsinə mənfi təsirləri nəzərə alınaraq, ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəni qadağan edən tənzimləmə 20 dekabr 2024-cü il tarixində Konqres tərəfindən qəbul edilmişdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta