AZ

"Əqrəb mövsümü"nün yeni 12 seriyası gəlir - "O aktyor olmayacaq..."

İTV-də yayımlanacaq "Əqrəb mövsümü"nün ikinci mövsümü - "İki dünya bir olsa da" serialı fevralın 8-dən etibarən yayımlanmağa başlayacaq.

Serialın ssenari müəllifi və aktyoru Azər Aydəmir Teleqraf.com-a açıqlamasında "Əqrəb mövsümü"nün ikinci mövsümü haqqında məlumat verib:

"İkinci mövsüm yeni personaj və hekayədən ibarətdir. Əsas qəhrəman Baş Prokurorluğun əməkdaşıdır, serial real hadisələr əsasında çəkilir. Yəni birinci mövsüm kitab əsasında, ikinci mövsüm isə real hadisələr əsasında ssenariləşib.

İkinci mövsümdə, təəssüf ki, Hikmət Rəhimov çəkilmir. Çünki hekayə başqa istiqamətdədir. Digər qəhrəmanlar yerindədir. Bu mövsümdə də "Əqrəb mövsümü" on iki seriyadan ibarət olacaq. Mən yenə də müstəntiq Rauf obrazında çəkilirəm".

Qeyd edək ki, serialın rejissoru Emil Quliyevdir.

Rollarda Arif Mövsümov, Rövşən Məmmədli, Emin Mirabdullaev, Xacər Ağayeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları çəkilib.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
8
teleqraf.com

1Mənbələr