Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Çin rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, müzakirə olunan ssenarilərdən biri Maskın sahibi olduğu "X" şirkətinin TikTok ABŞ bölməsini ələ keçirməsi və platformanın biznesini birgə idarə etməsidir. Lakin hələlik Çin hökuməti və yerli iş adamları arasında bu məsələdə yekdil qərar mövcud deyil.
Qeyd olunur ki, TikTok-un ana şirkəti ByteDance-də "qızıl aksiya"ya sahib olan Çin hökuməti, şirkətin strategiyasına birbaşa təsir edə bilir. Bu satışın, həmçinin, ABŞ-Çin münasibətlərində daha mürəkkəb mövzuların, məsələn, ticarət tarifləri və ixrac nəzarəti ilə bağlı müzakirələrdə alət kimi istifadə edilməsi nəzərdən keçirilir.
Xatırladaq ki, ötən ilin dekabrında ABŞ-nin seçilmiş prezidenti Donald Tramp TikTok-un ölkə ərazisində qadağan edilməsini nəzərdən keçirmək niyyətində olduğunu bildirmişdi.