AZ

Uoker İtaliya yolunda - Dostları ilə vida mərasimi keçirdi

Karyerasını Milanda davam etdirməyə yaxın olan “Mançester Siti”nin müdafiəçisi Kayl Uoker (çox güman ki, “rossonerlər”lə anlaşıb, baxmayaraq ki, “neradzurrilər” də onunla maraqlanır) ötən həftə sonu dostları ilə İngiltərədə vida mərasimi keçirib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail məlumat yayıb".

Mənbənin məlumatına görə, Kaylın əcnəbi komandaya keçmək istəyi xəyanətinə görə ondan boşanmaq istəyən Enni Kilnerlə evliliyini xilas etmək cəhdi ilə də bağlıdır. 34 yaşlı ingilisin Səudiyyə Ərəbistanı klublarından biri ilə müqavilə bağlayacağı və həftədə təxminən 400 min funt-sterlinq qazanacağı güman edilsə də, Uoker Avropada qalmağa qərar verib.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm MS forması ilə bütün turnirlərdə 18 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "şəhərlilər"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 34 yaşlı Uokerin transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.

Mirağa 

Seçilən
7
fanat.az

1Mənbələr