AZ

LM Clubs layihəsinin icrası uğurla davam edir

LM Clubs layihəsinin icrası Quba Fizika,riyaziyyat və informatika təmayüllü liseydə uğurla davam edir.

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində 5 klub fəaliyyət göstərir:


1.İngilis dilində danışıq klubu həftədə iki dəfə keçirilir.Təlimlərdə sərbəst şəkildə əcnəbi dildə müxləf mövzularda fikir yütetmək qabiliyyəti aşılanır.


2.Dram-mütaliə klubu həftədə bir dəfə təlimdə yığılaraq öncədən verilmiş siyahıdan əsəri oxuyub-disputlar keçirdirlər.


3.Tərs mühəndislər klubu həftədə iki dəfə təlimlərdə STEAM dərslərində əldə etdikləri bacarıqlar sayəsində istifadəyə yararsız əşyalardan, yararlı əşyalar yaradırlar. Kreativ yanaşmanı inkişaf etdirirlər.


4.Rəqs klubu həftədə iki dəfə təlim keçərək müxtəlif milli rəqsləröyrənirlər. Emosional intelekti inkişaf etdirirlər.


5.İdman klubunda təlimlər voleybol yarışının keçirilməsini əhatə edir. Lisey üzrə seçilmiş qızlar müxtəlif komandalar hər həftə sonu bir oyun keçirirlər.


Xatırladaq ki, layihə rəhbəri Quba FRİTL-ın fiziki tərbiyə müəllimi Telman Məhərrəmovdur.


Layihənin məqsədi şagirdlərdə assosiallığı aradan qaldırıb XXI əsrin bacarıqlarını formalaşdırmaqdır.

Seçilən
17
azedu.az

1Mənbələr