AZ

Lavrov adından Bayramova saxta məktub – Rusiya XİN açıqlama yaydı - “Bu, Bakının emosional reaksiyasını doğurmaq məqsədi daşıyır”

Rusiya Xarici İşlər Nazirliyi qurumun rəhbəri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova internetdə yayılmış saxta məktubu ilə bağlı açıqlama yayıb. 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, açıqlamada saxta məktubun Bakının emosional reaksiyasını doğurmaq məqsədi daşıdığı vurğulanır. 

Qeyd edək ki, sözügedən məktubda Moskvanın Rusiya hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilmədiyi qeyd olunur. 

“Bu, primitiv saxtakarlığın nümunəsidir. Saxta müəlliflər onu adi bir poçt domenindən və sıradan bir e-poçt ünvanından göndərərək ona rəsmi atributlar belə əlavə etməyiblər. Görünən odur ki, bu cür bəd niyyətli dezinformasiyaların arxasında dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında siyasi sifariş və spekulyasiyaya cəhd var”,– deyə açıqlamada bildirilir. 

Açıqlamada media nümayəndələri və blogerlərə ünvanlanmış çağırış da var: “Biz bir daha informasiya məkanının bütün məsul iştirakçılarını, ilk növbədə media nümayəndələrini və blogerləri təsdiqlənməmiş məlumat və materiallara tənqidi yanaşmağa çağırırıq”. 

ElcanMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr