AZ

Qlobal elektrik avtomobil satışları yenidən rekord qırıb

Dünyada elektrikli avtomobil satışı 2024-cü ildə 17,1 milyona çataraq rekord qırıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən “Rho Motion” araşdırma şirkəti 2024-cü il üçün elektrikli avtomobil satışları ilə bağlı məlumatlarını açıqlayərkən bildirib. 

Qeyd olunub ki, qlobal elektrik avtomobil satışları keçən il 2023-cü illə müqayisədə 25 faiz artıb.

Regional əsasda, Avropa bazarında elektrikli avtomobil satışı keçən il 2023-cü ilə nisbətən 3 faiz azalaraq 3 milyona çatıb. 

Avropada İngiltərə bazarı 400 mindən çox satışla ən yüksək akkumulyatorlu elektrikli avtomobil satışına sahib olub və ilin sonuna doğru Almaniyanın satışını geridə qoyub. 

Almaniyada 2023-cü ilin sonuna doğru elektrikli avtomobil subsidiyalarının götürülməsindən sonra 2024-cü ildə satışlarda azalma olub. 

Eyni dövrdə elektrikli avtomobillərə tətbiq edilən vergi endirimlərinin təsiri ilə ABŞ və Kanada bazarlarında satışlar yüzdə 9 artaraq 1,8 milyona çatıb.

“BYD” (Build Your Dreams) modelləri 2024-cü ildə ölkədəki elektrikli avtomobil satışlarının üçdə birindən çoxunu təşkil edəcək və bu da onu ən çox satılan elektrikli avtomobil markası edəcək.

Ötən il Çində satışlar illik 40 faiz artaraq 11 milyona çatıb. Belə ki, ötən il dünya üzrə elektrikli avtomobil satışlarının yarıdan çoxu Çində baş verib.

Belə ki, keçən il elektriklə işləyən avtomobil satışı ümumilikdə 17,1 milyon ədəd olub ki, bunun da 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanada bazarlarında, 1,3 milyonu isə dünyanın qalan hissəsində olub.

Dünyanın digər yerlərində 1,3 milyonluq satış həcmi 2023-cü ilə nisbətən 27 faiz artıb.

Seçilən
2
2
cebheinfo.az

3Mənbələr