AZ

Ağsuda bir ailənin 3 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

13.01.2025-ci il tarixində saat 23:40 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) hospitalizasiya olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

***

08:52

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Modern.az xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.

Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 - ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.(APA)

Seçilən
0
5
modern.az

10Mənbələr