AZ

Xalq artistinin atası reanimasiyaya yerləşdirildi

Rusiyanın Xalq artisti Filipp Kirkorovun atası Bedros Kirkorov reanimasiyaya yerləşdirilib. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, Bedros Kirkorov kəskin nəfəs darlığından şikayətlənib.

Həkimlər ona ikitərəfli pnevmoniya diaqnozu qoyublar  və ağciyərlərindən bir litrə yaxın su çıxarıblar.

Məlum olub ki, sonuncu dəfə o, həkimlərin tövsiyələrinə əməl etməyib. Əvəzində isə Tibet təbabətinin effektivliyinə inandıran tibb bacısına etibar edib. 

Məlumata görə, otlar, isinmə masajları və zəlilər onun vəziyyətini tədricən pisləşdirib. 



Seçilən
0
1
news24.az

2Mənbələr