AZ

ABŞ vətəndaşı Polşaya buraxılmadı: Pasportdakı qeyd problemi – ÖZƏL

ABŞ vətəndaşının hava limanında Polşaya girişinə icazə verilməyib. Səbəb isə onun pasportunda əl ilə yazılmış qeydlərin olması olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti nümayəndəsi Yustina Drozdz məlumat verib.

Qadın Londondan gələn reyslə gecə yarısından sonra Krakov hava limanına enib. Lakin pasport yoxlaması zamanı məlum olub ki, onun sənədində ziyarət etdiyi ölkələrin vizalarının altına hava limanlarının adları və yerləşmə məlumatları əl ilə qeyd olunub.

Sərhəd xidmətinin əməkdaşlarına açıqlama verən qadın, şəxsiyyəti təsdiq edən sənədlərə yazı yazmağın qadağan olduğunu bilmədiyini bildirib. Yustina Drozdzun Polşa İnformasiya Agentliyinə (PAP) verdiyi açıqlamaya görə, qadın bir gün hava limanında qalıb və növbəti reyslə Londona geri dönüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr