Qlobal smartfon nəhəngləri “Samsung” və “Apple”-ın satışları ötən ilin son rübündə azalıb.
Publika.az xəbər verir ki, bu barədə “International Data Corporation” (IDC) bazar araşdırması şirkəti hesabat hazırlayıb.
2024-cü ilin son rübündə qlobal smartfon satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 331,7 milyon ədəd təşkil edib.
IDC məlumatlarına görə, “Apple” ötən ilin son rübündə 23,2 faiz bazar payı ilə birinci yerdə qərarlaşıb.