AZ

Putin və Tramp arasında görüş bu ölkələrdə keçirilə bilər - İDDİA

Rusiya parlamentinin aşağı palatası Dumanın üzvü Andrey Kolesnik ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüşün keçiriləcəyi ölkələri açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Dumanın deputatı Andrey Kolesnik Vladimir Putin və gələn həftə səlahiyyət müddəti başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında gözlənilən görüş Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tuta bilər. 

Kolesnik bunu bir fərziyyə olaraq dediyini də vurğulayıb.

Rusiyalı senator Vladimir Cabarov Tramp və Putinin Macarıstanda görüşə biləcəyini deyib. Macarıstanın baş naziri Viktor Orbanın hər iki siyasətçi ilə yaxşı münasibətlərə malik olduğunu qeyd edən Cabarovun sözlərinə görə, əsas məsələ Putin və Trampın təhlükəsizliyini təmin etməkdir.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov dünən bildirib ki, Trampın komandası hələ də Kremlə Putinlə əlaqə yaratmaq istəyini çatdırmayıb.
 
Qeyd edək ki, Peskov Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasimindən sonra mümkün görüşün gözlənildiyini vurğulayıb və Putinin amerikalı həmkarı ilə mümkün dialoqu alqışlayacağını bildirib.
 
Gülay
Seçilən
2
azxeber.com

1Mənbələr