AZ

Dövlət qulluqçularına dil bilmə tələbi – Sənəd müzakirəyə çıxarıldı

Qırğızıstanda dövlət dilini bilmək üçün səviyyələrin və müddətlərin müəyyən edilməsi təklif olunub.

News24.az xəbər verir ki, bununla bağlı müvafiq qərar layihəsi ictimai müzakirəyə çıxarılıb. Sənəd Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiya tərəfindən hazırlanıb.

Layihə dövlət və bələdiyyə işçilərinə, habelə dövlət və bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların işçilərinə aiddir.

Sənədə əsasən, dövlət dilini bilmə səviyyələri və müddətləri müəyyən edilib: 2025-ci ildən – orta səviyyədən (B1), 2027-ci ildən – yuxarı orta səviyyədən (B2) aşağı olmayan.

Yuxarıda göstərilən kateqoriyalara aid olmayan dövlət və bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri və işçiləri, o cümlədən təhsil təşkilatlarının pedaqoji və elmi işçiləri və səhiyyə müəssisələrinin tibb işçilərinə (Qırğızstan vətəndaşı olmayan şəxslər istisna olmaqla) aşağıdakı tələblər müəyyən edilir: 2026-cı ildən - orta səviyyədən aşağı olmayan səviyyədə (B1), 2028-ci ildən - orta səviyyədən aşağı olmayan səviyyədə (B2).

Ölkədə daimi yaşayan etnik azlıqların nümayəndələri üçün aşağıdakı prosedur təklif olunur: 2026-cı ildən - dövlət dilini baza səviyyəsində (A2), 2028-ci ildən - orta səviyyədə (B1).

“2025-ci il keçid dövrü kimi nəzərdə tutulub. Bu müddət ərzində dövlət dilini tələb olunan səviyyədə bilməsini təsdiq edən attestatların olmaması onların tutduqları vəzifəyə və ya vəzifəsinin aşağı salınmasına yararsız hesab edilməsi üçün əsas ola bilməz”, - deyə əsasnamədə qeyd olunur.

Aynurə

Seçilən
5
news24.az

1Mənbələr