AZ

Respublikaçılar Qrenlandiyanı almaq üçün qanun layihəsi hazırlayır

ABŞ Konqresindəki respublikaçılar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi hazırlayıblar...

Poliqon xəbər verir ki, bu barədə sənədin surətini əldə edən Reuters Agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, qanun layihəsi Trampın “Amerikanı yenidən əzəmətli et” şüarına analoji olaraq “Qrenlandiyanı Yenidən Böyük Et Aktı” adlandırılıb. Qanun layihəsi nümayəndələr Andi Oqles və Diane Harşbarqer (hər ikisi Tennessi ştatı) tərəfindən hazırlanıb və yanvarın 13-də səhərə kimi 10 konqresmenin dəstəyini qazanıb.

Reuters-in məlumatına görə, qanun layihəsində Trampa yanvarın 20-də vəzifəyə gəldikdən dərhal sonra “Qrenlandiyanın ABŞ tərəfindən alınması məqsədilə Danimarka Krallığı ilə danışıqlara girməyə” icazə verən bənd var. Bundan əlavə, qanun layihəsinə görə, Tramp Danimarka ilə razılığa gələrsə, o, beş gün ərzində “müqaviləni, həmçinin bütün əlaqədar materialları və əlavələri” Konqresin müvafiq komitələrinə təqdim etməli olacaq.

Poliqon.info

Seçilən
4
2
poliqon.info

3Mənbələr