AZ

Çində 5 bal gücündə zəlzələ baş verib

Çində 5 bal gücündə zəlzələ baş verib

Çinin Tibet Muxtar Bölgəsində dünən axşam saatlarında 5,0 bal gücündə zəlzələ baş verib.Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, dünən yerli vaxtla saat 20:58-də Tibet Muxtar Bölgəsindəki Şiqatse şəhərinin Dinqri bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib. 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdə tələfat olmayıb.Qeyd edək ki, yanvarın 7-də Dinqri bölgəsində baş verən 6,8 bal gücündə zəlzələdə çoxlu tikililərin uçması nəticəsində 126 nəfər həyatını itirib, 188 nəfər isə yaralanıb.

Seçilən
6
1
afn.az

2Mənbələr