AZ

SENSASİON İDDİA: Paşinyan yaxın aylarda istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş tərəfdaşı, deputat Ovik Ağazaryan yaxın aylarda Paşinyanın istefaya gedəcəyini və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.

Ağazaryan keçən ilin sonuna qədər baş nazir Nikol Paşinyanın komandasında yer alıb və hakimiyyət dairələrində baş verənlərdən xəbərdar olub.

O, hazırkı xarici siyasət hadisələrinin, erkən seçkilərin hakimiyyətin maraqlarına uyğun şərait yaratdığını düşünür. Ağazaryanın sözlərinə görə, hazırda Nikol Paşinyanın daha çox şansı var ki, yenidən etimad səsi qazansın və öz planlarını irəlilətməkdə davam etsin.

"Bu hadisələr var, amma təkcə onlar deyil. Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var", — deyə Ağazaryan vurğulayıb.

Ağazaryan Paşinyan və onun sadiq müttəfiqi tərəfindən qurulan “Mülki müqavilə” partiyasının ən yaşlı üzvlərindən biri olub. "Azadlıq" radiosu xatırladır ki, Ağazaryan Paşinyanın mandatını təhvil vermək tələbini yerinə yetirməkdən imtina etdiyi üçün komandadan xaric edilib.

Erkən seçkilər ilə bağlı proqnozların fonunda Ağazaryan öz partiyasını qurur və hakimiyyəti öz əlinə almağa hazır olduğunu bildirir.

Musavat.com

Seçilən
10
1
musavat.com

2Mənbələr