AZ

"SAVALAN - ASPI Winery" zavodunun şərab çəlləyi "Ginnesin Rekordlar Kitabı"na daxil oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin 18 dekabr tarixində "SAVALAN - ASPI Winery" zavodunun şərab çəlləyi "Dünyanın ən böyük taxta şərab çəlləyi" olaraq "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
"SAVALAN - ASPI Winery" şirkəti turistlərin şərab zavoduna olan marağını nəzərə alaraq turizm infrastrukturunu inkişaf etdirmək məqsədilə Azərbaycanın şərabçılıq tarixini əks etdirən müasir texnologiyalara əsaslanan interaktiv şərab muzeyi kompleksinin yaradılması və orada qeyri-adi böyükölçülü çəlləyin yerləşdirilməsi qərarına gəlib.
Məlum olduğu kimi, 2020-ci ilin 21 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin İtaliyanın Roma şəhərinə dövlət səfəri çərçivəsində Azərbaycan və İtaliya arasında biznes forumu keçirildi. Azərbaycanın İqtisadiyyat Nazirliyinin iştirakı ilə keçirilən forumda "SAVALAN - ASPI Winery" və İtaliyanın "Garbellotto" şirkətləri arasında xüsusi olaraq hazırlanacaq və muzey kompleksində quraşdırılaraq palıd çəlləyin sifarişi müqaviləsi imzalandı.
Qeyd edək ki, "Garbellotto" şirkəti 1775-ci ildə yaradılıb və dünyada ən məşhur şərab çəlləklərinin istehsalçılarından biridir.
Unikal çəlləyin hazırlanması 5 ilə yaxın müddətdə davam etdirilib. Əllidən çox yüksəkixtisaslı usta-bondarlar bu möhtəşəm mühəndislik layihəsinin dizaynına və istehsalına öz töhfəsini veriblər. Ölçülərinə görə standart robot istehsal xətlərindən istifadə etmək mümkün olmadığından çəlləyin bəzi hissələri əllə hazırlanıb.
Beləliklə, çəllək 2024-cü ilin iyun ayında şərab zavodunun yeni muzey kompleksinin ərazisində quraşdırılıb.
Palıd çəlləyin unikal ölçülərini və xüsusiyyətlərini nəzərə alaraq "Garbelloto" şirkəti onun "Ginnesin Rekordlar Kitabı"na daxil edilməsi üçün müraciət olunması təklifini irəli sürdü.
Həm "SAVALAN - ASPI Winery", həm də "Garbellotto" şirkətləri tərəfindən tələb olunan bütün məlumatlar və müvafiq sənədlər toplanaraq "Ginness" Təşkilat Komitəsinə təqdim edilib.
"Ginness" Təşkilat Komitəsi ilə aparılan danışıqlar nəticəsində, çəlləyin rekord olaraq tanınması üçün "Ginness" hakiminin Azərbaycana səfəri təşkil edilib.
2024-cü ilin 18 dekabr tarixində dəvət olunmuş rəsmi hakim cənab Patel Pravin Djasmatbxayın şəxsi və "Ginness" Mərkəzi Ofisi hakimlərinin onlayn nəzarəti altında çəllək şərabla doldurulub.
Bütün zəruri prosedurlar tamamlandıqdan sonra "SAVALAN - ASPI Winery" və "Garbellotto" şirkətlərinə "Dünyanın ən böyük taxta şərab çəlləyi" sertifikatı təqdim edilib. Çəlləyin həcmi 66.579 litr, uzunluğu 4.9 m, diametri isə 4.75 m-dir.
Şərabla dolmuş çəllək "SAVALAN - ASPI Winery" zavodunun muzey kompleksində yerləşir və hər bir muzey ziyarətçisi onu şəxsən görmək imkanı əldə edə bilər.
Daha ətraflı məlumat üçün: savalan.az
Seçilən
7
oxu.az

1Mənbələr