AZ

Küveytdən Suriyaya ikinci yardım təyyarəsi göndərildi

Küveyt Suriyaya 33 ton yardım və tibbi ləvazimat daşıyan ikinci yardım təyyarəsini göndərdi.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Küveytin dövlət xəbər agentliyindən bildirib ki, bazar ertəsi göndərilən yardım təyyarəsi Küveytin paytaxtı Abdullah əl-Mübarək hava bazasından havaya qalxaraq Dəməşq Beynəlxalq Hava Limanına enib.
 
Təyyarə Suriya rəsmiləri tərəfindən qarşılanıb.

Bildirilib ki, daşınma Küveytin Səhiyyə Nazirliyi və Küveyt Qızıl Aypara Cəmiyyəti tərəfindən koordinasiya edilib.

Qeyd edək ki, bu yardım Küveytin 2024-cü ilin dekabrında keçmiş prezident Bəşər Əsəd hökumətinin sürətlə devrilməsindən sonra Suriyaya ikinci yardım göndərilməsi idi.

Gülay
Seçilən
3
azxeber.com

1Mənbələr