AZ

"TikTok" İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çin hökuməti "TikTok" sosial şəbəkəsinin ABŞ-dəki əməliyyatlarının milyarder və sahibkar İlon Mask tərəfindən idarə olunması variantını nəzərdən keçirir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" ÇXR mənbələrinə istinadən məlumat verib.
Materiala əsasən, Çin "TikTok"un ana şirkəti "ByteDance"a məxsus qalmasına üstünlük verir. Lakin yanvarın 10-da ABŞ-də keçirilən müzakirələr zamanı hakimlər belə bir nəticənin azehtimallı olduğunu bildiriblər.
Bu səbəbdən ÇXR məmurları ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın komandası ilə qarşılıqlı əlaqə metodları barədə müzakirələr aparırlar. Onların fəaliyyət planlarından birində Mask yer alır.
Mənbələrdən birinin sözlərinə görə, digər variant ABŞ-dəkı mövcud sosial şəbəkə istifadəçilərini qadağadan yan keçmək üçün oxşar, lakin başqa brendə aid tətbiqə köçürməkdir.
Seçilən
9
oxu.az

1Mənbələr