Bakı. Trend:
Fiziki aktivlik hamiləlik və zahılıq dövründə qadın və onunuşağı üçün çox faydalıdır.
Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”dahəkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.
Onun sözlərinə görə, sağlam qadın hamiləlik dövründə həftədə ənazı 150 dəqiqə sürətli yeriş kimi fiziki aktivliklə məşğulolmalıdır:
“Bunu təbii ki, bir dəfəyə deyil, həkimin nəzarəti ilə həftədə 3dəfə 10-15 dəqiqədən başlayaraq gündəlik 30-45 dəqiqəyə qədərartırmaqla etmək olar.
Fiziki aktivlik, vaxtından əvvəl doğuş və düşük ehtimalınıazaldır. Lakin hamilə qadında vaxtından əvvəl doğuş, cift gəlişi,uşaqlıq boynunun zəifliyi, yüksək qan təzyiqi, qanaxma olarsa,ehtiyatlı olmalı, mütləq həkimdən məsləhət almalıdır. Fizikiaktivlik zamanı bədəninizin istilik durumunun çox artmamasınadiqqət yetirmək lazımdır. Kifayət qədər maye qəbul edin və istihavada fiziki aktivlikdən çəkinin”.
Fizioterapevt sonda qeyd edib ki, fiziki aktivliklə yanaşıhamilə xanımlar qidalanmalarına da xüsusi diqqətyetirməlidirlər.