AZ

Yaşlılarda fiziki aktivlik ürək-damar, tənəffüs sisteminin fəaliyyətini artır - SN

Bakı. Trend:

Yaşlılarda fiziki aktivlik asudə vaxtlarda sağlamlaşdırıcı idmannövləri, hərəkətli aktivlik növləri (velosiped və piyada gəzmə), evişləri, oyunlar, yarışlar, gündəlik fəaliyyət, planlı idmanməşqlərindən ibarətdir.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.

Onun sözlərinə görə, bütün yaş qruplarında olduğu kimiyaşlılarda da fiziki aktivlik ürək-damar, tənəffüs sistemininfəaliyyətini artırmaq, dayaq hərəkət aparatını gücləndirmək,depressiya riskini azaltmaq üçün vacibdir. Fiziki aktivliyinintensivliyi insanın sağlamlıq vəziyyətini və yanaşı xəstəliklərinəzərə almaqla, həkimin məsləhəti ilə artırılmalıdır. Həftə ərzində150 dəqiqədən az olmayaraq orta, həftədə 70-75 dəqiqə isə yüksəkintensivlikli hərəkətlər yerinə yetirilməlidir”.

Ç.Hacıyeva qeyd edib ki, oturaq həyat tərzi keçirənlər isəyüngül intensivlikli hərəkətlərdən başlamalıdırlar:

“Uzunmüddətli aparılan tədqiqatlar sübut edib ki, fizikiaktivliklə məşğul olan şəxslərdə qocalma daha yavaş gedir, miokardinfarkt riski az olur. Buna görə də, yaşlı insanlar gündəlik həyatfəaliyyəti zamanı surətli gəzinti, pilləkənla qalxmaq-enmək, rəqsetmək kimi aktiv hərəkətlərdən istifadə etməlidirlər”.

Məqalədə:
Seçilən
6
3
az.trend.az

4Mənbələr