AZ

Təhsil Nazirliyi Talıbovların şirkətinə 3 milyon 692 min pul ödədi- SƏBƏB

Təhsil Nazirliyinin 2025-ci il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması ilə bağlı elan etdiyi tender yekunlaşıb.

AzPost bildirir ki, bu barədə dövlət portalında məlumat verilib.

Tenderin qalibi “Alov Mühafizə” MMC olub. Müqavilənin məbləği 3 milyon 692 min 760 (3.592.760,16 AZN) manatdır.

Bu şirkət aşağıdakı təhsil ocaqlarında mühafizəni həyata keçirəcək:  13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Zəngi” Liseyi, H. Əliyev adına lisey, Akademik Zərifə Əliyeva adına lisey, Humanitar Fənlər Təmayüllü Məktəb-Lisey, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya.

“Alov Mühafizə” MMC-nin 10 saylı filialı bu VÖEN-lə (1306267441) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi ödəyir. Şirkət “Alov Mühafizə” MMC-nin tərkibində fəaliyyət göstərir. MMC ölkə üzrə mühafizə xidməti ilə bağlı keçirilən satınalmalarda fəal iştirak edir.

Əsasən, Elm və Təhsil Nazirliyinə bağlı gimnaziyalar, peşə məktəbləri, məktəb-liseylər, kolleclər, internat məktəbləri, idman məktəblərinin mühafizə xidmətini “Alov Mühafizə” MMC-yə həvalə edilir.

2009-cu ildə yaradılan MMC-nin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhər, Nizami rayonu, Əli Əliyev, ev 16, mənzil 68, qanuni təmsilçisi isə Xalis Yunus oğlu Talıbovdur. Y.Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclinin sabiq sədri Vasif Talıbovun yaxın qohumudur.

Seçilən
11
azpost.info

1Mənbələr