“Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur”. Rusiya da öz növbəsində Ermənistanla əlaqələr qurmaq niyyətindədir”.
“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətini şərh edərkən deyib.
“Bu, bizim erməni dostlarımızın tamamilə suveren hüququdur. Bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək Ermənistanın suveren hüququdur. Biz əsas məsələdən çıxış edirik. Bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk, biz onları daha da inkişaf etdirmək niyyətindəyik”, - Kreml nümayəndəsi bildirib.