Ağırlıq qaldırma üzrə Rusiya çempionu Vladimir Feşşenko Moskvanın mərkəzində ölü tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, idmançının meyiti yanvarın 13-nə keçən gecə Olxovskaya küçəsindəki binalardan birində tapılıb. Vladimir Feşşenko başından aldığı güllə yarası ilə hadisə yerindəcə ölüb.
Hadisə yerinə Rusiya Federal Təhlükəsizlik Xidməti və Hərbi İstintaq Komitəsinin əməkdaşları gəlib. Hazırda hadisənin bütün halları ilə bağlı araşdırma aparılır.
"Cebheinfo.az"