Ukrayna Silahlı Qüvvələrinin bütün şəxsi heyətindən cəmi 300 min döyüşçü cəbhədədir.
Herbiand.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Konstantin Proşinski televiziyaya müsahibəsində deyib.
“Bizə daim deyirlər ki, təkcə Ukrayna Silahlı Qüvvələrində bir milyondan çox insan xidmət edir, cəbhədə isə cəmi 300 min. Qalanları haradadır? Axı bizim uşaqlardan ən azı 400 mini hardasa var, onlar haradadırlar?” - Proşinski deyib.
O qeyd edib ki, Kiyevin hətta indiki qoşun qruplaşmasını təmin etmək üçün kifayət qədər vəsaiti yoxdur.
Bəxtiyar CƏFƏRLİ