AZ

Paşinyanın planının şifrələri açılır: “İrəvanın bu oyununu pozmalıyıq”

“Nikol Paşinyanın planının şifrələri bəlli olmağa başlayır. O əvvəlcə parlamentdə Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq etdirib. 

İkinci mərhələdə İrəvanla Vaşinqton arasında məxfi şəraitdə hazırlanan strateji tərəfdaşlıq sazişi imzalanır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etdiyini açıqlaması olacaq: 

“İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır. Ermənistan hökuməti Brüssel və Vaşinqtonla yaxınlaşmaqla eyni zamanda Avropa İttifaqı və ABŞ-nin Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışacaq. İrəvanın bu oyununu pozmalıyıq”. 

Politoloq bildirib ki, rəsmi Bakının Brüssel və Vaşinqtonla münasibətlərindəki mövcud suallara rəğmən, ABŞ və Avropa İttifaqı ilə dialoq kanallarını açıq tutmaq lazımdır.

“Cebheinfo.az”

Seçilən
17
4
cebheinfo.az

8Mənbələr