AZ

Xoşbəxt Xankəndinin gecə mənzərəsi - FOTOSESSİYA

Xankəndi 34 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir, yenidən burda həyat canlanır. İndi Xankəndi gecələri gündüzü qədər gözəldir.

Elə ki şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür.

Zülmət gecəyə Xankəndinin al-əlvan işıqlarından don biçilir. Şəhəringecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni,közərəni, gur yananı da,səhərədək işıq saçanı da var. Şəhərin gecə mənzərəsi romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib.

Seçilən
7
3
sia.az

4Mənbələr