AZ

"Könüllü qrupumuz AZAL-ın təyyarəsinin həlak olan ekipaj üzvləri haqqında “Vikipediya”da məqalələr yaradıb"

Azərbaycan “Vikipediya” icmasının fədakarlığı və əzmi nəticəsində virtual ensiklopediyanın Azərbaycan dili bölməsində dərinik (keyfiyyət) göstəricisi 50-yə yüksəlib. 

Marja.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Elnur Allahverdiyev "Facebook" səhifəsində bildirib.

O qeyd edib ki, Azərbaycana aid məqalələrin yaradılması prosesi təkcə Azərbaycan dili bölməsində deyil, digər xarici dil bölmələrində də davam edir:

"Könüllü qrupumuz tərəfindən Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri – Azərbaycanın Milli Qəhrəmanları gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva haqqında “Vikipediya”nın türk və ingilis dili bölmələrində məqalələr yaradılıb". 

 
Seçilən
3
marja.az

1Mənbələr