AZ

"Qarabağ"ın sabiq qapıçısı "Bayer 04" ilə oyunları 2024-cü ilin ən yaddaqalan hadisəsi adlandırıb

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov 2024-cü ildə onun üçün ən yaddaqalan hadisənin UEFA Avropa Liqasında Almaniyanın "Bayer 04" komandasına qarşı keçirdikləri oyunlar olduğunu bildirib.

"Far.Az" xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiper bu barədə TASS-a açıqlamasında deyib.

"Ötən il kifayət qədər məhsuldar, normal olub. 2024-cü ildə ən yaddaqalan hadisələr, yəqin ki, Avropa Liqasındakı oyunlar, konkret desək, "Bayer 04"ə qarşı matçlar idi", - deyə o bildirib.

Qeyd edək ki, 2024-cü ilin martında UEFA Avropa Liqasının 1/8 finalında Ağdam klubu "Bayer 04"ə iki oyunun nəticəsinə (2:2, 2:3) görə məğlub olub. 2023/2024 mövsümündə "Qarabağ"ın heyətində 16 matça çıxan A.Lunyov bunların 5-də qapısını toxunulmaz saxlayıb. O, 2024-cü ilin yayında Moskva təmsilçisi "Dinamo"ya transfer olunub.

Seçilən
1
3
far.az

4Mənbələr