AZ

Əhmədzadə bölgə klubunu himayəsinə götürür - Sabah müqavilə bağlanır

style='margin-bottom:10px;'>

Birinci liqada yarışan "Mingeçevir" klubu tərəfdaşlıq müqaviləsi imzalayacaq. İmzalanma mərasimi sabah Bakıda keçiriləcək. 

QOL.az saytına daxil olan xəbərə görə, müqaviləni imzalayacaq tərəflər "Mingəçevir" klubu ilə ASTA-dır (Azerbaijan Sport Talents Academy).

Uşaq futbolunun inkişafına dəstək məqsədilə yaradılan bu akademiya iş adamı Adnan Əhmədzadəyə bağlı qurumdur.

Əlavə edək ki, sabahkı tədbirin təşkilatçıları sırasında Futbolun İnkişafı Fondu da var.

Qeyd edək ki, bir müddətdir mediada A.Əhmədzadənin "Mingəçevir" klubuna sponsor olacağına dair məlumatlar yayılmışdı.

Əhmədzadə futbol ulduzu Lionel Messi ilə yaxınlığı ilə tanınır. Ötən ay Argentina millisinin kapitanı məhz onun təşkilatçılığı ilə Bakıya səfər etmişdi.

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutub. Bu qurumda investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsinədək yüksəlib. Hazırda biznes fəaliyyətini ilə məşğuldur.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr