AZ

“Stratfor”la strateji əməkdaşlığımız

Yanvarın 17-də, cümə günü, İran Prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri gözlənilir.

Aydındır. İran rəsmiləri üçün vacib, mütləq Cümə namazı bu dəfə Moskvada qılınacaq.

Sünni-tatar icması, Dağıstan, çeçen nümayəndələri ilə qısa təmaslar...Əlllər sıxılacaq. Çiyinlər dəyəcək bir-birinə...

Hə. Pezeşkianın Moskva səfərinin ilk epizodlarını deşifrələdik. Öncədən gördük.

Keçək digərlərinə.

Moskva ilə Tehran arasındakı genişmiqyaslı, hərtərəfli, çoxtərəfli “Strateji saziş” artıq masadadır.

İran səfiri Səid Cəlali deyir ki, saziş 47 bəndən ibarət olacaq. İran-Rusiya əməkdaşlığının bütün sahələrini, o cümlədən, ən vacibi - diplomatik, hərbi mövzuları da əhatələyəcək. Nüvə sahəsini də o cümlədən. Yəni İranın nüvə...

Yox... Bu yerdə üç nöqtə qoymağı özümə vacib bildim. Xatası məndən uzaq.

Sazişin rəsmi anonsunu Putin hələ 19 sentyabrda versə də...

İndi, yeni ildə İran-Rusiya münasibətləri heç də əvvəlki, 2024-cü ildəkini təkrarlaya bilməz.

Diplomatik anlaşmalar, türklər demiş, “həm masada, həm sahada” bağlanılır.

Moskvadakı saziş “masanı” - yəni, diplomatik münasibətləri əhatələyir. Yalnız diplomatik məzmunludur.

“Sahada” isə vəziyyət artıq tam fərqlidir. Tehran üçün kritikdir.

19 dekabr mətbuat konfransı zamanı Putin Suriyadakı, Yaxın Şərqdəki qalibi elan etdi. Ovcundakı mikrafonu bərk sıxdı. Bəziləri sonra yazacaq - “Şampan qədəhi kimi sıxdı mikrafonu”. Ətrafına baxmadan dedi: “Qalib israildir”. “Məğlub İrandır” cümləsi isə lal səsləndi.

Sonra açdı sandığı. Tökdü eşiyə “Sepah”ın gizlinlərini - necə 350 cihadçının qarşısında qorxublar. Hələb səngərlərini tərk ediblər. Yığılıblar Xmeymindəki Rusiya hərbi hava bazasının qapısına.

Sonra Putin mikrafonu şampan qədəhi kimi dodaqlarının ucuna gətirdi. Keçdi vacib, incə detallara. Mövzunu xırdalamağa başladı. Bildirdi ki, Suriyadan Tehrana nəhəng İl-76 təyyarələri ilə 4000 mindən çox İran yaraqlısı daşıyıblar. Yəni, məhz Putin yaxın Şərqdəki İran məğlubiyyətini bütün dünyaya elan edib.

Və indi, 2025-ci ilin ilk günlərində Moskva yeni il şənliklərindən təzəcə ayılır.

Tehran isə 2024-cü il acılarından hələ də ayılmayıb.

Əslində bu sazişi İran tərəfindən iki qüvvə imzalamalı idi - İran XİN-i və “Sepah”. Ancaq 19 dekabr Putin deklamasiyalarından, bəyanatlarından sonra “Sepah” antirusiya mövqeyi sərgiləməkdən çəkinmir.

Yeni ildən sonra bu uzun siyahıya növbəti “Sepah” generalı – Bəhruz Esbati də qoşuldu. İsveçrədəki “Abdi media” saytında yayılmış gizli səs yazısında bu genaral rusları İsraillə əmkdaşlıqda ittiham edib. Deyib: “Tel-Əvivdən təyyarələr hələ səmaya qanadlanmamış ruslar Suriyadakı radarlarını söndürərdilər. Çox vaxt boş səhraları, sahələri bombalayardılar. Biz verdiyimiz hərbi koordianatları bir dəfə belə atəşə məruz qoymadılar”.

Bəhruz Esbati Suriyada boş yerə papağını gün altında ağartmayanlardandır. Ruslarla “Sepah”ın hərbi əməkdaşlığına o, cavabdeh idi. Ancaq vaxtında öz iradlarını səsləndirməyib. Arxadan atılan daş isə topuğa dəyir. Putinə isə əsla dəymir.

Beləliklə, Rusiya Federasiyası ilə İran İslam Respublikası arasındakı yeni strateji saziş “Sepah”sız imzalanır.

Qələm sahibi - İran XİN-i, şəxsən səfir Səid Cəlali vəziyyəti belə görüncə, lirikaya təlabat hiss edib. Rusların Suriyadan qaçırdığı (?), təxliyə etdiyi Əli Əkbər Əbu Talib İsfahani ilə Moskva səfirliyində görüş təşkil edib. Ancaq bu lirika Moskva jurnalistlərinin marağına səbəb olmayıb; diktafon, videokamaralarına düşməyib. Yanvarın 17-də imzalanacaq sazişin bədii jurnalına, lirik ricətinə çevrilməyib. Yəni, 4000 “Sepah” döyüşçüsünün hava yolu ilə Tehrana nəqli xəbərini neytralaşdıra bilməyib. O müdhiş mənzərənin təsir gücünü azaltmayıb. Yəni, gələcək strateji sazişin reklam çarxı - poliqlot Əli Əkbər Əbu Talibin Moskva tərəfindən Suriyadan təxliyə səhnələri öz hədəfinə çatmayıb.

Beləliklə, sazişin reklam çarxı mediada tirajlanmayıb.

İkibaşlı rus qartalı yenə də ikibaşlı reaksiya verib sazişöncəsi hazırlıqlara.

NƏTİCƏM: Saziş, deyəsən İran XİN-i, İran və Rusiya prezidentləri arasında imzalanacaq. İnqilab qvardiyasının vacib imzası olmadan.

Nüvə sahəsindəki bütün incəliklər isə “Sepah”ın nəzrətindədir.

Sazişdən öncə dünya mətbuatına Bəhruz Esbatinin səsyazısı da görünür təsadüfü düşməyib.

Qısası, bu saziş indiki halında Azərbaycandan ötrü bir o qədər də təhlükəli deyil.

P.S. Rusiya-İran strateji sazişi ilə sinxron olaraq bölgədəki digər ölkələr də öz yeni strateji hədəflərini anonslayıblar. Ermənistan XİN-i Ararat Mirzoyanın dili ilə ABŞ demokratları ilə strateji maraqlarından danışıb.

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara verdiyi son müsahibəsində “tren”dən geri qalmayıb. Yeni Ağ Ev administrasiyası ilə, respublikaçılarla, Donald Trampla mümkün strateji əməkdaşlıq mövzusunu işarələyib.

Unutmayaq. Prezident ilham Əliyevlə eyni anda oxşar mesajı ABŞ-ın bir nömrəli “Stratfor” analitik mərkəzi də səsləndirib. Qeyd edib: “Donald Tramp administrasiyası Rusiya, İran və Çinin bölgədə təsirinə qarşı regional tarazlıq kimi Bakıya...”. Cümləni özünüz bitirin.

Azərbaycan nağdı “Srtatfor”la əməkdaşlıq sərgiləyir. Srateji tərfdaşımız iqamətgahı Texasda - ABŞ konservatorlarının yuvasında yerləşən bu kölgə hökumətidir.

Unutmayaq. “Srtatfor” rəhbərliyi, başda Corc Fridman olmaqla, hələ 2012-ci ilin 13 sentyabrında Bakıda xüsusi səfərdə olub. İlham Əliyevlə ayrıca görüşüb.

“No Komment”, necə deyərlər.

Seçilən
2
anspress.com

1Mənbələr