AZ

"Oskar" mükafatına namizədlərin elan edilməsi yenidən təxirə salındı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Oskar" mükafatına namizədlərin elan ediləcəyi mərasim Kaliforniyada baş verən yanğınlar səbəbindən yanvarın 23-nə təxirə salınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Variety" məlumat yayıb.
Bildirilir ki, səsvermənin müddəti yanvarın 17-dək uzadılıb (əvvəlcə yanvarın 14-də başa çatması planlaşdırılırdı). Mükafata namizədlər onlayn rejimdə elan ediləcəklər.
Mükafatın təqdimetmə mərasiminin özü hələlik təxirə salınmayıb: mərasim martın 2-də Los-Ancelesdəki "Dolby" teatrında keçirilməlidir.
Xatırladaq ki, bundan əvvəl namizədlərin elan edilməsi mərasimi iki gün - yanvarın 19-na təxirə salınmışdı.
Seçilən
4
1
oxu.az

2Mənbələr