AZ

Fermerlərə 6.4 milyon manat sığorta ödənişi edilib

2024-cü ildə Aqrar Sığorta Fondu 6.4 milyon manat sığorta ödənişi həyata keçirib.

Valyuta.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib. Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 45.5 % çoxdur.

"Kəskin artım iqlim dəyişiklikləri fonunda baş verib. Bu ilin ilk 10 günündə isə 500 min manata yaxın sığorta ödənişi həyata keçirilib", - deyə sədr müavini qeyd edib.

Bundan başqa, Fond rəsmisi deyib ki, ötən il bağlanmış sığorta müqavilələrinin sayında 11 %, fermerlərin sayında isə 38 %-ə yaxın artım olub: "Bu da fermerlərin aqrar sığortaya marağının getdikcə artığını göstərir".

Seçilən
2
4
valyuta.az

5Mənbələr