124 yaşı tamam olan çinli şəxs hesab edir ki, o, belə sanballı yaşı gündəlik rejimi, gündə üç dəfə yemək və nikbinliyi sayəsində yaşayıb.
Editor.az bu barədə South China Morning Post-na (SCMP) istinadla məlumat yayıb. Qiu Çayşi 1901-ci il yanvarın 1-də anadan olub. O, təkcə doğma Nançonq şəhərinin deyil, bütün Sıçuan əyalətinin ən erkən sakinlərindən biri oldu. Nəvəsinin bu yaxınlarda 60 yaşı tamam olub və Çayşinin tanıdığı ən gənc ailə üzvü cəmi səkkiz aylıqdır. Dediyinə görə, onun aktiv qocalığının sirri onun həyata pozitiv baxışı, mütəmadi olaraq piyi ilə düyü yeməsi və həmişə çox hərəkət etməsidir.
Bildirilib ki, qadının doğum tarixini təsdiq edən sənədlər olmasına baxmayaraq, çinli qadının yaşı beynəlxalq təşkilatlar tərəfindən rəsmi olaraq təsdiqlənməyib.
//Gülnarə Abasova, Editor.az