Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana yeni səfir təyin edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı BELTA məlumat yayıb.
Bildirilib ki, Dmitri Pineviç Belarusun Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Dmitri Pineviç 2020-ci ilin noyabrından 2024-cü ilin yanvarına qədər Belarusun səhiyyə naziri olub.