AZ

Mahir Emreli "Nürnberq"də qalacaq

Azərbaycan millisinin üzvü Mahir Emreli müqaviləsinin sonuna kimi "Nürnberq"də qalacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"dən bu qış ayrılacaq futbolçular bəlli olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya klubunun baş məşqçisi Miroslav Kloze açıqlama verib.

Mütəxəssis "Bild" nəşrinə komandanı tərk edəcək 2 oyunçunun adını çəkib. Söhbət yarımmüdafiəçilər Taylan Duman və Benjamin Qollerdən gedir.

Kloze yarımmüdafiəçi Florian Pik və hücumçu Yanni Serranın da gedişini istisna etməyib.

Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq"lə müqavilə müddəti bu yay başa çatacaq. O, cari mövsüm 2-ci Bundesliqa klubunda bütün turnirlərdə 13 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
9
operativmedia.az

1Mənbələr