AZ

Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

Bu il başlayandan ölkə ərazisində bir neçə zəif yeraltı təkanlar qeydə alınıb.

Hazırda Azərbaycanda seysmoloji vəziyyət necədir?

Olaylar.az bildirir ki, mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir.

O bildirib ki, hər gün yeraltı təkanlar olur ki, onların çoxu hiss edilmir.

"Bu gün 50-yə yaxın yeraltı təkan qeydə alınıb. Lakin onların heç biri hiss edilməyib. Bütün bunlar təbii proseslərdir. Azərbaycanda qeydə alınmış yeraltı təkanlar seysmoaktiv region üçün fon səviyyəsində olan xarakterik təkanlardır. Narahatlığa heç bir əsas yoxdur. Respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
4
olaylar.az

5Mənbələr