Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan 36 yaşlı deputatı Mqer Saakyanın ölümü ilə bağlı cinayət işi açılıb.
Viral.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Cinayət işi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi ilə (Ermənistan Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci bəndi) açılıb.
Son Yazılar:
- Ermənistanda deputatın ölümü ilə bağlı cinayət işi AÇILDI
- Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNAT
- Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən çıxarıldı
“Hazırda qəzanın ilkin versiyası yoxdur”, – qurumdan bildirilib.
Qeyd edək ki, ötən gün deputat Mqer Saakyan yol-nəqliyyat hadisəsində həlak olub. İlkin məlumata görə, onun idarə etdiyi “Honda Accord” markalı avtomobili yoldan çıxaraq xəndəyə aşıb.