AZ

"Spartak" braziliyalı ilə yollarını ayırdı

Moskva "Spartak"ının braziliyalı hücumçusu Villian Xose klubdan azad agent kimi ayrılıb.

90deqiqe.Az xəbər verir ki, nu barədə “qırmızı-ağlar”ın rəsmi Telegram kanalı məlumat yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə xitam veriblər.

Xatırladaq ki, 33 yaşlı Xose İspaniyanın “Betis” klubundan keçərək 2024-cü ilin yayından “Spartak”da çıxış edir. Hücumçu Rusiya klubunun tərkibində bütün turnirlərdə 13 oyuna çıxıb və 1 qol vurub. Qeyd edək ki, altı ay ərzində braziliyalı bir dəfə də olsun RPL oyununda start heyətinə düşə bilməyib.

Seçilən
10
90deqiqe.az

1Mənbələr